Bakıda qorxulu hadisə: 3 nəfəri cərəyan vurdu
13 iyun 2013 18:37 (UTC +04:00)

Bakıda qorxulu hadisə: 3 nəfəri cərəyan vurdu

Zərərçəkmişlərdən ikisi azyaşlıdır

 

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsi E.Məmmədov küçəsi 115 ünvanında ikisi azyaşlı olmaqla 3 nəfəri elektrik cərəyanı vurub. Həmin ünvandakı evin həyətində xalça yuyarkən 9 yaşlı Səma Məhərrəmova, 5 yaşlı Sənan Məhərrəmov və onların qohumu 17 yaşlı Şəlalə Quliyevanı cərəyan vurub. Xoşbəxtlikdən elektrik cərəyanının şiddəti öldürücü olmayıb. Hər üç şəxs təcili tibbi yardıma müraciət edib və ambulator müalicəyə yazılıb.

 

İlkin məlumata görə, hadisəyə su motorunun üzərində izolyasiya edilməmiş hissə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447

Oxşar yazılar