Bakıda şadlıq sarayında keçirilən toyda ŞOK cinayət - YENİLƏNİB
03 iyul 2013 14:08 (UTC +04:00)

Bakıda şadlıq sarayında keçirilən toyda ŞOK cinayət - YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda toy mərasimi zamanı oğurluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xətai RPİ 37-ci PB və Xətai Rayon Mühafizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında Zakir Əliyevə məxsus toy zamanı 5000 manat pulu oğurlamış Ucar rayon sakini Ceyhun Məmmədov tutulub. Araşdırmalar davam etdirilir.

 

 

*****

 

12:37

 

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən şadlıq evlərindən birindən xeyli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqlardan yığılan 5 min manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Paytaxt sakini Zakir Musayev oğurluqla bağlı dərhal polisə müraciət edib.

 

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində pulun Ucar rayon sakini Ceyhun Məmmədov tərəfindən oğurlanması müəyyən edilib və o tutulub.

 

Qeyd edək ki, C.Məmmədov toya dəvət edilmiş şəxslər arasında olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11815

Oxşar yazılar