Bakıda taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar
19 iyul 2017 12:44 (UTC +04:00)

Bakıda taksi sürücüsünü aldadıb avtomobilini qaçırdılar

0

Bakıda avtomobil qaçırılması hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi "Opel" markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Baxışovla birgə Şamaxı RPŞ-yə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar