Martın 26-da Nəsimi rayonu rayon ərazisindəki mağazaların birindən mobil telefon və ona aid aksesuarlar oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini Taleh Mayılov və Qobustan rayon sakini Röyal Məmmədyarov tutulub. Faktla bağlı araşdırmalar aparılır.