İyulun 5-də Sabunçu qəsəbəsi ərazisində yol qəzasında ağır xəsarət alan qadın vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Elnur Yunusov idarə etdiyi “KamAZ” markalı avtomobillə paytaxt sakini Qəmərzə Əliyevanı vurub. Qadın sentyabrın 7-də yaşadığı evdə ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.