Bakının əsas yollarından biri bağlanacaq – ELAN
28 iyun 2013 15:26 (UTC +04:00)

Bakının əsas yollarından biri bağlanacaq – ELAN

İyunun 29-na keçən gecə, saat 00-dan etibarən Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişmədən Salamzadə küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Lent.az-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Yol aparılan təmir işləri çərçivəsində bağlanacaq.

 

 

Qeyd olunan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılsa da, Tbilisi prospektindən, yəni Avropa oteli istiqamətindən metronun 20 Yanvar stansiyasına doğru hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsinə daxil ola biləcəklər.

 

Sürücülərdən həmin istiqamətə gedən yollardan mümkün qədər az istifadə etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar