Bakının mərkəzində, Səməd Vurğun və Sübhi Salayev küçələrinin kəsişməsində inanılmaz vəhşiliyə yol verilib.
Lent.az-ın “Olaylar” agentliyinə istinadən verdiyi məlumata görə, yoldan keçən İslam Cəfərzadə adlı şəxs olayın şahidi olub.
Qırmızı rəngli “VAZ-2109” markalı 10-EZ-201 dövlət nömrə nişanlı avtomobildən düşən 35-40 yaşlı iki kişi yoldan keçənlərin gözü qarşısında sahibsiz küçüyü doğrayıblar. İslam Cəfərzadə əvvəlcə onların toyuq kəsdiyini güman edib, ancaq sonra bunun küçük olduğunu görüb. Təsadüfi şahid bu vəhşiliyə mane ola bilməyib. Küçüyü tikə-tikə edən vəhşilər oradan uzaqlaşıb.
İslam Cəfərzadə doğranmış küçüyün fotoşəkillərini çəkib və sosial şəbəkədə yerləşdirib. Doğranmış küçüyün yanında məktub da tapılıb. Məktubda yazılıb ki, heyvanlar sağlamlığımıza ziyan vurur.