Beyləqan rayonunda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şərq kəndində ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.