

Həbsxanaya bibər turşusunda narkotik keçirmək istədi...
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, məhkum Baxşıyev Türbət Bəhruz oğluna tanışı Gəncə şəhər sakini Yusibov Firdovsi Abdulrəhman oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bibər turşusunun içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0.2 qram olan narkotik dərman həbləri və kristal formalı maddə - metadon aşkar edilib.
Məhkumun Cinayət Məcəlləsinin 182.1 və 180.1-ci maddələrinə əsasən təqsirli bilindiyi qeyd olunur. Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Qubada DƏHŞƏT: sübh tezdən həyətdə özünü öldürdü
3 may 2025 , 19:24
Türkiyə parlamentinin sədr müavini vəfat etdi
3 may 2025 , 17:32
Şəmkirdə gənc oğlan özünü asdı
3 may 2025 , 16:27
Bu azərbaycanlı Türkiyədən QOVULDU - Digərinə cinayət işi AÇILDI
3 may 2025 , 16:21
Abşeronda müəllim kredit borcuna görə özünü asdı
3 may 2025 , 14:28
Bakıda iki qardaş narkotiklə tutuldu
3 may 2025 , 12:50
Sumqayıtda yük maşını qadını vurub öldürdü
3 may 2025 , 12:39