Bibiheybətdə ağır qəza: benzin maşını aşaraq yandı, sürücü öldü
26 yanvar 2013 14:04 (UTC +04:00)

Bibiheybətdə ağır qəza: benzin maşını aşaraq yandı, sürücü öldü

0

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 10-cu kilometrliyində, Bibiheybət ərazisində  baş verib. Benzin daşıyan avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.  Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib. Yanacaq çənində olan benzin ətrafa səpilib və ərazidə yanğın baş verib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2492

Oxşar yazılar