Biləsuvarda 50 baş iribuynuzlu heyvan xilas edildi
19 sentyabr 2017 03:23 (UTC +04:00)

Biləsuvarda 50 baş iribuynuzlu heyvan xilas edildi

0

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar rayonunda ümumi sahəsi 570 m2  olan tövlənin çardağının yanar konstruksiyaları 180 m2 sahədə və çardağına yığılmış 6 ton ot bağlamasının 3,5 tonu yanıb.

 

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 50 ədəd iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas olunub. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar