Bakıda adam bıçaqlamış şəxs 1 ay gizlənə bildi
19 sentyabr 2014 11:18 (UTC +04:00)

Bakıda adam bıçaqlamış şəxs 1 ay gizlənə bildi

Bakıda bıçaqlanma əməlinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 20-də Sulutəpə qəsəbəsində Valeh Əhmədova bıçaqla xəsarət yetirən Muğdad Məmmədov sentyabrın 18-də yaxalanıb. O, Masallı rayon Polis Şöbəsi əməkdaşlarının səyi nəticəsində məsuliyyətə cəlb edilib.

 

Qeyd edək ki, M.Məmmədov əvvələr də məhkumluq həyatı yaşayıb.

 

Araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704

Oxşar yazılar