BMW aşdı, 4 nəfər xəstəxanalıq oldu
14 iyul 2017 00:22 (UTC +04:00)

BMW aşdı, 4 nəfər xəstəxanalıq oldu

0

Goranboy-Tapqaraqoyunlu avtomobil yolunun Naftalanın Qaşaltı kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 4 nəfər, Goranboy rayonu Tapqaraqoyunlu kənd sakinləri, 1989-cu il təvəllüdlü Mehrabov İsmayıl Altay oğlu, onun həmkəndliləri, 1990-ci il təvəllüdlü Əmirov Sərxan Müşviq oğlu, 1989-cu il təvəllüdlü İsmayılov Nadir Məmmədqulu oğlu və 1990-cı il təvəllüdlü Əmirov Səxavət Müşviq oğlu müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Onlardan İ. Mehrabovun vəziyyəti ağırdır.

 

Faktla bağlı Naftalan şəhər Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar