
"Mercedes"lər ölümə səbəb oldu
Ötən gün respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 ağır yol qəzası qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla həmin qəzzaların təfərrüatlarını təqdim edir.
İlk belə qəza saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin sərnişini, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb. A.Rzayev xəstəxanaya yerləşdirilib.
Digər ölümlə nəticələnən qəza saat 23 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində olub. Bakı şəhər sakinləri Seyidmiri Fəttahovun idarə etdiyi “VAZ-2106” və Rafiq Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Fəttahov hadisə yerində ölüb, 1 sərnişini və digər sürücü xəstəxanaya yerləşdriliblər.
Oxşar yazılar
Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürdü
15 avqust 2025 , 13:48
Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 , 13:33Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO
15 avqust 2025 , 13:23Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21