Gürcüstanın Bolnisi rayonunun Çapala (Qoçulu) kəndi ərazisində Azərbaycan vətəndaşı Elman Budaqovun “Nissan Maxsima” markalı, 10 MU 102 nömrə-nişanlı avtomobili qəzaya uğrayıb. E.Budaqovun anspress-ə verdiyi məlumata görə, onun avtomobili Bolnisi rayon Polis İdarəsinə məxsus “Toyota Hulix” markalı GNG 783 nömrə-nişanlı maşınla toqquşub.
Qəza nəticəsində sürücü yüngül xəsarət alsa da, onun sərnişini olan oğlu, 8 yaşlı Amin ağır yaralanıb. A.Budaqov qapalı kəllə beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib və onun başına 6 tikiş qoyulub.
Faktla bağlı Bolnisi rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, Elman Budaqov əlbəyaxa döyüş üzrə dünya çempionu, Avropa çempionluğu və Dünya Kubokunun sahibi Canpolad Budaqovun qardaşıdır.