Çempionlar Liqası: “Azərreyl”in də rəqibi müəyyənləşdi
25 yanvar 2013 13:17 (UTC +04:00)

Çempionlar Liqası: “Azərreyl”in də rəqibi müəyyənləşdi

0

Voleybolçu qadınlar arasında keçirilən Çempionlar Liqasında bütün 1/3 final cütləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, cütlərdən 2-də Azərbaycan klubları “Azərreyl” və “Rabitə” də yer alıb.

“Azərreyl” İtaliya “Yamamay”ı ilə üz-üzə gələcək. “Yamamay” 1/6 finalda Almaniya “Şveriner”inə səfərdə 2:3 hesabı ilə uduzsa da, evdə 3:1 hesablı qələbə qazanıb. Qaydalara əsasən, bu halda qalibi “qızıl set” müəyyənləşdirib. Bu setdə də İtaliya komandası üstün olub – 15:10.

“Rabitə”yə isə Rusiyanın “Dinamo” (Kazan) klubu rəqib olub. Kazanlılar moskvalı “adaşlar”ını səfərdə 3:1, evdə 3:2 hesabı ilə yeniblər.

“Azərreyl” “Yamamay”la, “Rabitə” isə “Dinamo” ilə ilk görüşlərini səfərdə, cavab görüşünü isə evdə keçirəcəklər. Oyunların tarixi hələ müəyyənləşməyib, amma müvafiq olaraq, 5 – 7 fevralda və 12 – 14 fevralda olacağı məlumdur. 

İd

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 889

Oxşar yazılar