<span style="color:red;">SÜRÜCÜLƏR, DİQQƏT:  axşam saat 10-da...
05 avqust 2016 11:16 (UTC +04:00)

SÜRÜCÜLƏR, DİQQƏT: axşam saat 10-da...

0

Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

 

“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə,  Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin  (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər,  Neftçilər prospektində  (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində)  yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən  prospektdə  avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edirik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar