Daşkəsəndə avtomobil çovğuna düşüb
18 yanvar 2013 11:10 (UTC +04:00)

Daşkəsəndə avtomobil çovğuna düşüb

0

Yanvarın 18-nə keçən gecə Daşkəsən rayonu, Qaraqollar kəndində “UAZ” markalı minik avtomobili gecə saatlarında qar çovğununa düşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avtomobil yoldan çıxıb və içərisində olan 2 nəfər köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər həmin avtomobili təhlükəsiz əraziyə çıxarıb. 

Maşının sürücü və sərnişini Təcili Tibbi Yardım Xidmətinə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar