Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib
18 yanvar 2013 16:43 (UTC +04:00)

Daşkəsəndə çovğuna düşmüş 25 nəfər xilas edilib

0

Azərbaycanda qar çovğununa düşən sərnişin avtobusu və minik avtomobili xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Daşkəsən rayonunda qar çovğunu nəticəsində “QAZ” markalı sərnişin avtobusu və “Niva” markalı minik avtomobilinin Dəstəfur-Əhmədli yolunda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə həmin avtomobilləri təhlükəsiz əraziyə çıxarıb, avtobusda olan 20 nəfəri və avtomobildə olan 5 nəfəri xilas ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1151

Oxşar yazılar