DİN 7 nəfərin öldüyü hadisə barəsində məlumat yaydı
27 sentyabr 2017 11:32 (UTC +04:00)

DİN 7 nəfərin öldüyü hadisə barəsində məlumat yaydı

0

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimov, qızları Rüfanə, Turanə hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar