DİN: Bakıda qanunsuz aksiyanın qarşısı alınacaq
25 yanvar 2013 18:45 (UTC +04:00)

DİN: Bakıda qanunsuz aksiyanın qarşısı alınacaq

0

“Bakıda keçiriləcək istənilən qanunsuz aksiyanın qarşısı polis tərəfindən alınacaq”.


 

Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib. O, qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış istənilən aksiya  qanunsuz olduğundan onun qarşısı polis əməkdaşları tərəfindən alınacaq.

 

Qeyd edək ki, sosial şəbəkələrdə bir qrup gəncin “Binə” və İsmayıllıda baş verən son hadisələrlə bağlı sabah "Fəvvarələr" meydanında “Silahları Üstümüzdən Çəkin” şüarı ilə aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4518

Oxşar yazılar