Daxili İşlər Nazirliyi Astrada rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın 14-də Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Əfqan Rəhimov münaqişə zəminində bıçaqla arvadı Xanıma və səs-küyə gələn qonşusu Ağarəhim Kərimova xəsarət yetirib. A.Kərimov hadisə yerində ölüb, Xanım isə xəstəxanaya yerləşdirilib.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Rəhimov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.