DİN avtobus qəzası ilə bağlı rəsmi məlumat yaydı
21 sentyabr 2013 13:15 (UTC +04:00)

DİN avtobus qəzası ilə bağlı rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi dünən günorta paytaxtda baş vermiş dəhşətli qəza ilə bağlı rəsmi məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə,

sentyabrın 20-də saat 11.00 radələrində Səbail rayonu “Şıx” çimərliyinin yaxınlığında Tərtər rayon sakini  Füzuli Haqverdiyev idarə etdiyi 120 saylı xətt üzrə hərəkət edən “Daevoo” markalı avtobusu aşırıb və sonradan avtobus hasara çırpılıb. Nəticədə F.Haqverdiyev və sərnişinlərindən 40-45 yaşlı kişi hadisə yerində ölüb.

 

Xəsarət almış digər sərnişinlər Neftçala rayon sakinləri Teyyub Əhmədov, Abbas Vəliyev, Masallı rayon sakini Famil Abbasov, Bakı şəhər sakinləri Alim Əliyev, Nizam Ramazanov və Zefuttin Buşumov isə xəstəxanaya yerləşdiriliblər.

 

 
Səbail RPİ tərəfindən araşdırma aparılır.

# 902
avatar

Oxşar yazılar