DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
10 oktyabr 2017 16:27 (UTC +04:00)

DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb.

 

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 361

Oxşar yazılar