Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək
02 oktyabr 2017 11:48 (UTC +04:00)

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək

0
 
 
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçiriləcək.
 
 
DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Sınaq imtahanında iştirak etmək üçün online qeydiyyat” oktyabrın 5-i saat 18:00–dək davam edəcək.
 
 
Sınaq imtahanı oktyabrın 5-də və 6-da Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universiteti) keçiriləcək və saat 10:00-da başlayacaq. DİM-də sınaq imtahanı üçün 2 zal ayrılıb. Namizədlər imtahanı həmin zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. 5 oktyabr tarixində keçiriləcək imtahan üçün nəzərdə tutulan yerlər artıq dolub. Nəzərinizə çatdırırıq ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmək istəyənlərin sayına uyğun olaraq imtahan günlərinin də sayı artırıla bilər.
 
 
Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.azsaytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar