
Döyə-döyə adam öldürən keçmiş məhkumdan YENİ XƏBƏR
Bakıda qətl törətməkdə təqsirləndirilən Bahadur Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 11-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, həmin rayonda yaşayan, əvvəllər məhkum olunmuş Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini olan tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyərək qətlə yetirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə B.Cəfərov saxlanılıb.
Oxşar yazılar

Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43
Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18