“Titok” sosial şəbəkəsində nalayiq ifadə işlədənlər saxlanılıb.
Lent.az-ın xəbərinə görə, biri 29, digər ikisi isə 33 yaşlarında olan həmkəndlilər kafedə yeyib-içdikdən sonra sərxoş halda “tiktok” platformasında canlı yayım açıblar. Həmkəndlilər canlı yayım zamanı nalayiq ifadələr işlədərək, ictimai mənəviyyatı təhqir edən əməllərə yol veriblər.
Fakt əsasında hər üçü polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Saxlanılan şəxslərin sözlərinə görə, hadisə Ağcabədi rayonu, Hüsülü kəndində yerləşən kafedə baş verib. Yeyib-içəndən sonra sərxoş olan dostlardan biri canlı yayım açıb. Bu zaman digər ikisi canlı yayımda gedən söhbətə söyüşlə reaksiyalar veriblər. Lakin onların dediyinə görə, telefonun səsinin açıq olduğunu bilməyiblər. Onların hər üçü törətdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza verilməsini istəyiblər.
Məhkəmənin qərarı ilə onların hər biri 375 manat məbləğində inzibati qaydada cərimələnib.