DSX İranla sərhəddəki insidentlə bağlı məlumat yayıb
06 fevral 2013 14:33 (UTC +04:00)

DSX İranla sərhəddəki insidentlə bağlı məlumat yayıb

0

 

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-İran sərhədində baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. Lent.az-ın DSX-nın saytına istinadən verdiyi məlumata görə, fevral ayının 3-də Azərbaycan-İran dövlət sərhədinin 59 nömrəli sərhəd nişanı yaxınlığında (Beyləqan rayonu, ikinci Şahsevən kəndi) 3 nəfərdən ibarət cinayətkar qrupun dövlət sərhədini pozması cəhdinin qarşısı alınıb. Sərhəd pozucuları qayıqla Azərbaycandan İrana qaçaqmalı apararkən sərhəd naryadı ilə qarşılaşıb. Onlar sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan sərhədçilərinə qarşı odlu silahdan istifadə ediblər.

 

Sərhəd naryadının xəbərdarlıq atəşi nəticəsində qaçaqmalçılar qaçaqmalın bir hissəsini Azərbaycan ərazisində ataraq qaçdıqda, qayıq aşaraq Araz çayında batıb. Lakin sərhəd pozucuları İran ərazisinə keçməyə nail olublar. Hazırda cinayətkar qrup üzvlərinin müəyyənləşdirilməsi, qayığın və digər maddi sübutların aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2175

Oxşar yazılar