Dünən Bakıda 8 avtoqəza olub: 2 ölü, 14 yaralı
21 sentyabr 2013 11:26 (UTC +04:00)

Dünən Bakıda 8 avtoqəza olub: 2 ölü, 14 yaralı

Son sutka ərzində Bakıda 8 avtoqəza ilə bağlı təcili yardıma müraciət olunub. Bu barədə Lent.az-a  Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. Onun sözlərinə görə, dünənki qəzalar 16 nəfərin zərər çəkməsi ilə nəticələnib.

                      

Qeyd olunan qəzalarda 2 nəfər həyatını itirib: “Zərərçəkmiş digər 14 nəfərdən 11-i xəstəxanaya yerləşdirilib”-deyə, O. Şahmalıyev əlavə edib.

# 778

Oxşar yazılar