Əcnəbi qonaqlara  Bayraq Günü hədiyyəsi
09 noyabr 2013 17:51 (UTC +04:00)

Əcnəbi qonaqlara Bayraq Günü hədiyyəsi

0

Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Heydər Əliyev adına Beynəlxalq Hava limanında ölkəmizdə səfərdə olmuş və gedən xarici vətəndaşlara bayraq materiallarından hazırlanmış suvenirlərin (köynək,papak,maqnit,qələm) paylanmasını həyata keçirir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Dünən və bu gün gerçəkləşən bu tədbir  "9 noyabr - Dövlət Bayrağı günü" münasibəti ilə "Yallı gedək - Bayrağımızı təbliğ edək" adlı layihə çərçivəsində baş tutub.

Qeyd edək ki, layihə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının bir sıra bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə gerçəkləşir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 936

Oxşar yazılar