Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib - YENİLƏNİB
31 yanvar 2013 16:18 (UTC +04:00)

Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib - YENİLƏNİB

0
Bakıda xalq yazıçısı Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası keçirilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yazıçının “Daş yuxular” romanına etiraz əlaməti olaraq bir qrup tələbə və gənc Ə. Əylisinin yaşadığı binanın qarşısına toplaşıb.

 

Qaçqın və Məcburi Köçkün Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada “Ölkədən cəhənnəm ol!”, “Erməniyə niyə uydun?!”, “Erməni Əkrəm, çıx ölkədən!” və s. şüarlar səsləndirilib.

 

Aksiya iştirakçıları Ə. Əylislinin şəklini, romanın adı yazılan plakatları yandırıblar.  

 

Polis aksiyaya müdaxilə etməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2071

Oxşar yazılar