Eldar Namazov yenidən Baş Prokurorluğa çağırıldı
02 sentyabr 2013 16:59 (UTC +04:00)

Eldar Namazov yenidən Baş Prokurorluğa çağırıldı

“El” hərəkatının sədri Eldar Namazov növbəti dəfə Baş Prokurorluğa çağırılıb.


 

Bu barədə APA-ya məlumat verən “El” hərəkatının sədr müavini Eldəniz Quliyev qeyd edib ki, Eldar Namazovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilməsi ötən dəfə yarımçıq qaldığı üçün bu gün növbəti dəfə ifadə verməyə çağırılıb və bir az əvvəl dindirilməsi başa çatıb.

 

Qeyd edək ki, avqustun 29-da E. Namazov  Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat dindirilib.

 

Xatırladaq ki, Əflan İbrahimov kütləvi informasiya vasitələrində Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

 

# 549
avatar

Oxşar yazılar