Ermənilər Ağdamın işğal olunmuş hissəsinə OD VURUB
09 iyul 2017 00:01 (UTC +04:00)

Ermənilər Ağdamın işğal olunmuş hissəsinə OD VURUB

0

Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub.  APA-nın Qarabağ müxbirinin xəbərinə görə, alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində - Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur.

 

Cəbhəyanı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.

 

Məlumata görə, alov qoşunların təmas xəttinə yaxınlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar