Ermənilər əsgərimizi yaraladılar
05 fevral 2013 12:15 (UTC +04:00)

Ermənilər əsgərimizi yaraladılar

0

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 20 yaşlı Şahmar Şahlar oğlu Daşdəmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

 

Qeyd edək ki, Ş.Daşdəmirov Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1179

Oxşar yazılar