Ermənilər Gədəbəydəki mövqelərimizi atəşə tutub
31 yanvar 2013 10:16 (UTC +04:00)

Ermənilər Gədəbəydəki mövqelərimizi atəşə tutub

0

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən ordusu  dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili, Qaraqaşlı, Şirvanlı, Şıxlar və Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 741

Oxşar yazılar