Ermənistan ordusunun bir hərbçisi öldürülüb
09 fevral 2013 14:38 (UTC +04:00)

Ermənistan ordusunun bir hərbçisi öldürülüb

0

Cəbhə xəttində Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. APA-nın bildirdiyinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hadisə bu gün saat 09:05-də Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq sahəsində baş verib. Atəşkəsin pozulması zamanı Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunda müqavilə əsasında xidmət keçən 1976-cı il təvəllüdlü Mqer Yeqşatyan adlı hərbi qulluqçu öldürülüb.

 

Qeyd edək ki, fevral ayının ilk günlərindən Ermənistan Ordusu tərəfindən cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin pozulması halları artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 879

Oxşar yazılar