Oktyabrın 1-də axşam saatlarında Tərtər və Gəncədə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ıq Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Tərtər şəhərində yanğın “Tərtər” ticarət mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət məişət mallar mağazasında baş verib. Nəticədə mağazada 3 kv.m sahədə tavan və rəf, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dəmir konstruksiyalardan ibarət ərzaq mağazasında 1 kv.m sahədə rəf yanıb.
Mağazaların qalan hissəsi yanğından mühafizə olunub.
Gəncə şəhərində isə yanğın vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə, 3 otağın tavanı 76 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın hər iki halda yanğınsöndürənlər tərəfindən söndürülüb.