
Gəncədə top mərmisi tapıldı
Gəncədə top mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Lent.az-a verilən məlumata görə, bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Kəpəz Rayon Polis Şöbəsinin əməkdaşları birlikdə ərazidə məişət tullantıları sahəsinə baxış keçirib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 1000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar yazılar

Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
7 avqust 2025 , 21:50
AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs edildi
7 avqust 2025 , 20:28
İtkin düşən 33 yaşlı qadının meyiti Kür çayından tapıldı
7 avqust 2025 , 19:33
Bakıda "moyka"dan müştərinin maşınını qaçıranlar TUTULDU
7 avqust 2025 , 17:43
Masallıda FACİƏ: qadın yanaraq öldü
7 avqust 2025 , 15:07
Balakən dağlarında ƏMƏLİYYAT: silahlı dəstə ələ keçdi
7 avqust 2025 , 15:00
62 yaşlı kişi dənizdə batdı
7 avqust 2025 , 14:18