[b]Goranboyda mikroavtobus atlını vurdu[/b]
14 iyun 2017 20:18 (UTC +04:00)

[b]Goranboyda mikroavtobus atlını vurdu[/b]

0

Goranboyda avtomobil atlını vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu, Goran kəndindən keçən hissəsində baş verib.

 

Xanqərvənd kənd sakini, 1989-cu il təvəllüdlü Əhmədov Nemət Qabil oğlu atla hərəkət edən zaman sərnişin mikroavtobusu tərəfindən vurulub.

 

Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar