Göygöldə qəza: yaralı var
21 avqust 2016 00:45 (UTC +04:00)

Göygöldə qəza: yaralı var

0

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. “VAZ 21011” ilə “QAZ53” markalı avtomobilin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, Zurnabad kənd sakini, 1985-ci il təvəllüdlü Feyruz Abdullayev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 404

Oxşar yazılar