<b>Günəş sistemində 2 yeni göy cismi aşkarlandı</b>
22 sentyabr 2017 10:17 (UTC +04:00)

Günəş sistemində 2 yeni göy cismi aşkarlandı

0

Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar. Lent.az-ın AMEA-nın saytına istinadən məlumatına görə, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

 

Elm adamları ikili asteroid sisteminin sadəcə 5 min ildir mövcud olduğunu təxmin edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 388

Oxşar yazılar