Həbs olunan prodüserin məhkəməsi olacaq
25 yanvar 2013 18:47 (UTC +04:00)

Həbs olunan prodüserin məhkəməsi olacaq

0

Dələduzluqda ittiham olunan prodüser Emin Mansurovun yanvar ayının 28-də Yasamal

rayon Məhkəməsində ikinci dəfə məhkəmə prosesi keçiriləcək. Lent.az-ın məlumatına

görə, Emin Mansurov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham

olunur.

 

Prodüserdən şikayətçi olan qadın iddia edir ki, Emin Mansurov onun etimadını

qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl

etməyib.

 

Prodüser isə ona qarşı itəli sürülən iddialarla razılaşmır.

 

Qeyd edək ki, Emin Mansurov “MM production”ın rəhbəridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1317

Oxşar yazılar