Həftənin ilk günü hava necə olacaq?
08 oktyabr 2017 11:49 (UTC +04:00)

Həftənin ilk günü hava necə olacaq?

0

Oktyabrın 9-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, paytaxtda hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olması ehtimal edilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq. 

 

 

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  10-15°, gündüz  20-25° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar