Azərbaycanda hərbi vertolyot qəzaya uğrayıb, üç nəfərin öldüyü ehtimal edilir - YENİLƏNİB
11 fevral 2013 12:19 (UTC +04:00)

Azərbaycanda hərbi vertolyot qəzaya uğrayıb, üç nəfərin öldüyü ehtimal edilir - YENİLƏNİB

0

Azərbaycanda qəzaya uğrayan hərbi vertolyot Müdafiə Nazirliyinə məxsusdur.

 

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

 

Məlumata görə, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Kürdəmir rayonuna uçurmuş. Vertolyotda 3 nəfər olub. Onların üçünün də öldüyü ehtimal olunur. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə baş verən ərazidə axtarışlar aparır.

 

****

11.37

Azərbaycanda hərbi vertolyot qəzaya uğrayıb.


 

 APA-nın məlumatına görə, hadisə bu gün baş verib. Hərbi Hava Qüvvələrinə məxsus vertolyot Xəzərə düşüb.

 

Hadisənin təfərrüatları araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4638

Oxşar yazılar