İlham Əliyev mədəniyyət işçilərini təltif etdi
27 sentyabr 2017 18:24 (UTC +04:00)

İlham Əliyev mədəniyyət işçilərini təltif etdi

0

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilib:

 

Abasova Aygün Elşad qızı

Səlimov Yalçın Ramiz oğlu.

 

 

Prezident eyni zamanda Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

 

Ağayeva Püstə Tofiq qızı

Məlikova Təranə Nadir qızı

Zeynalova Rəma Mais qızı.

 

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar rəssam”

Bəşirov Taryer Ağaveyis oğlu

“Əməkdar mədəniyyət işçisi”

Şirəliyeva Asya Əlimövsüm qızı.

 

Bundan əlavə, prezident Təranə İsgəndərovanın “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda mədəni irsin təbliğində səmərəli fəaliyyətinə görə Təranə Qulam-Rza qızı İsgəndərova “Tərəqqi” medalı ilə təltif edilib.

 

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycanda muzey işinin inkişafı və mədəni irsin təbliğində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Əfəndiyev Toğrul Rasim oğlu

Əsədova Xədicə Vəli qızı

Həbibova Sevda Nürəddin qızı

Məlikova Əminə Zakir qızı

Nuriyeva Mehriban Qulam qızı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar