İlqar Məmmədov həbs olundu
04 fevral 2013 20:02 (UTC +04:00)

İlqar Məmmədov həbs olundu

1

 

“REAL” hərəkatının sədri İlqar Məmmədov həbs olunub.

 

Bu barədə APA-ya vəkil Xalid Bağırov məlumat verib. Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 

Qeyd edək ki, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

 

Məhkəmə bu gün T. Yaqublu da barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2781

Oxşar yazılar