İmişlidə 5 otaqlı ev əşyaları ilə birgə yandı
11 iyul 2017 00:41 (UTC +04:00)

İmişlidə 5 otaqlı ev əşyaları ilə birgə yandı

0

İmişlidə fərdi yaşayış evi yanıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın  hadisəsi  saat 21.00  radələrində  İmişli rayonunun Otuziki kəndində qeydə alınıb.

 

Kənd sakini Cəfərov Saləddin Səfiqulu oğluna məxsus  evdə qazla dolu balonda başlayan yanğın qısa müddətdə  güclənib. Alov ümumi sahəsi  190 kv.metr olan 5 otaqlı evi bürüyüb. Yanğın  nəticəsində evin 4  otağı  60 kv. metr sahədə əşyaları ilə birgə yanaraq külə dönüb.

 

Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika  və canlı qüvvəsi  cəlb edilib. Alov söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub və digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, evə ciddi  ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 331

Oxşar yazılar