İsmayıllıda 30 hektar biçilmiş taxıl sahəsi yandı
19 sentyabr 2017 07:22 (UTC +04:00)

İsmayıllıda 30 hektar biçilmiş taxıl sahəsi yandı

0

İsmayıllıdan yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Sulud kəndində 30 hektar biçilmiş taxıl sahəsi və 20 hektar kol-kos yanıb.

 

Yaxınlıqdakı meşə zolağı və evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar