İtkin düşmüş məktəblilərdən ikisi tapılıb
18 aprel 2013 14:51 (UTC +04:00)

İtkin düşmüş məktəblilərdən ikisi tapılıb

0

Bakıda itkin düşən məktəblilərdən ikisi tapılıb.


 

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki gün əvvəl itkin düşən, 204 saylı orta məktəbin şagirdləri, 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu və 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu tapılaraq ailələrinə təhvil veriliblər.

 

Aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxan və  bir daha geri qayıtmayan, Xətai rayonu A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümovanın axtarışları isə davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2192

Oxşar yazılar