Fikir bildirirlər, yoxsa təhqir edirlər? – Deputat sosial şəbəkələrin əsas problemini açıqladı
04 sentyabr 2026 15:21 (UTC +04:00)

Fikir bildirirlər, yoxsa təhqir edirlər? – Deputat sosial şəbəkələrin əsas problemini açıqladı

0

Müasir dövrdə sosial şəbəkələr insanların öz fikirlərini sərbəst ifadə etdiyi əsas platformalardan birinə çevrilib. Lakin bu platformada bəzən fikir azadlığı ilə təhqir və böhtanı səhv qarışdırırlar. Məsuliyyətə cəlb olunduqda isə “biz bunun təhqir olduğunu düşünmürdük”, kimi fikirlər səsləndirə bilirlər.

Bəs bu anlayışlar arasındakı hüquqi və mənəvi sərhəd necə müəyyənləşdirilməlidir? İnsanların sərbəst fikir bildirməklə başqalarının şərəf və ləyaqətini alçaltmağı qarışdırmaması üçün hansı addımlar atılmalıdır? Məktəblərdə və ali təhsil müəssisələrində media savadlılığı dərslərinin keçirilməsi bu problemin həllinə kömək edə bilərmi?

Milli Məclisin deputatı, Əməkdar jurnalist Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, bütün sosial şəbəkə istifadəçilərinə daim nəzarət etmək, hüquq pozuntularını vaxtında aşkar etmək və günahkar şəxsləri məsuliyyətə cəlb etmək kifayət qədər çətindir:

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC

Azərbaycanda fikir, söz və mətbuat azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və 50-ci maddələri ilə təmin edilir. Bu baxımdan məsələnin hüquqi tərəfi aydındır: ölkədə söz, fikir, mətbuat, əqidə və etiqad azadlığı mövcuddur.

Lakin məsələnin praktik tərəfi də nəzərə alınmalıdır. Bu gün informasiya resursları o qədər geniş və müxtəlifdir ki, hətta Konstitusiya təminatı olmasa belə, insanların düşüncəsini, fikrini ifadə etmək, məlumat əldə etmək və onu cəmiyyətə çatdırmaq imkanlarını tam məhdudlaşdırmaq mümkün deyil.

Bu səbəbdən hazırda əsas müzakirə mövzusu söz və mətbuat azadlığının mövcudluğu deyil, həmin azadlıqlardan istifadə zamanı məsuliyyətin dərk edilməsidir. Əsas problem də məhz budur.

Bu gün sosial şəbəkələrdə, müxtəlif informasiya resurslarında, eləcə də ölkə daxilində və xaricində fəaliyyət göstərən bəzi media subyektlərində tənqid üslubundan daha çox təhqir dilinə üstünlük verilir. Bununla yanaşı, şər, böhtan, yalan məlumatların yayılması və insanları manipulyasiya etmək cəhdləri də müşahidə olunur. Bütün bunlar azadlıqlardan sui-istifadə hallarıdır və həmin azadlıqların mahiyyətinə kölgə salır.

Belə hallara qarşı mübarizə iki istiqamətdə aparılmalıdır. Birinci istiqamət hüquqi müstəvidə görülən tədbirlərdir. Heç kəsin şəxsi ləyaqətini alçaldan, onu təhqir edən ifadələr işlətmək olmaz. Belə hallar baş verdikdə müvafiq hüquqi tədbirlər görülməlidir.

Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir. Lakin pozuntuların miqyası o qədər genişdir ki, bəzi hallarda hüququn çəkindirici təsiri zəifləyir. Bütün sosial şəbəkə istifadəçilərinə daim nəzarət etmək, hüquq pozuntularını vaxtında aşkar etmək və günahkar şəxsləri məsuliyyətə cəlb etmək kifayət qədər çətindir.

Bundan əlavə, sosial şəbəkələrdə saxta adlar və profillərlə fəaliyyət göstərən çoxsaylı şəxslər var. Sosial media resurslarının genişliyi və rəngarəngliyi də onların hamısına nəzarət etməyi mümkünsüz edir.

Hüquqi mübarizə davam etməlidir. Bununla yanaşı, növbəti mərhələdə vətəndaşların məsuliyyət hissinin gücləndirilməsi və hüquqi mexanizmlərin daha geniş tətbiqi əsas istiqamətlərdən biri olmalıdır”.

Deputat qeyd edib ki, məktəblərdə və universitetlərdə media savadlılığı ilə bağlı məlumatlar verilməlidir:

Ali təhsil müəssisələrində və orta məktəblərdə yeni düşüncə tərzinə sahib, məsuliyyətli fərdlərin yetişdirilməsi uzunmüddətli prosesdir. Lakin bu, olduqca vacib və aktual məsələdir.

Hər bir insan, eləcə də hər bir sosial şəbəkə istifadəçisi müəyyən mənada sosial mühitin məhsuludur. İnsan bioloji varlıq olmaqla yanaşı, həm də sosial varlıqdır. Onun davranışları, dünyagörüşü, ətraf mühiti dərk etməsi və baş verən hadisələrə münasibəti böyüdüyü sosial mühitin təsiri altında formalaşır.

İnsan fərd kimi doğulur, yaşadığı mühit isə onun davranışlarına və düşüncə tərzinə təsir göstərir. Bu proses fərdin şəxsiyyətə çevrilməsi kimi xarakterizə olunur.

Bu mərhələdə ailə mühiti, məktəbəqədər təhsil, ictimai mühitin keyfiyyəti və təhsilin səviyyəsi mühüm rol oynayır. Məhz bu istiqamətlərdə ciddi işlər görülə bilər.

Nəticədə öz davranışlarının və söylədiyi fikirlərin məsuliyyətini dərk edən yeni nəsil yetişdirmək mümkündür. Bu prosesə nə qədər tez başlanılsa, cəmiyyətdə mövcud olan mənfi hallardan bir o qədər tez xilas olmaq mümkün olar”.

Yazı Medianın İnkişafı Agentliyinin “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda dərc olunub.

Medianın İnkişafı Agentliyi — Vikipediya

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar